AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Kadırovun oğlunun Serbiya vətəndaşlığı alması ilə bağlı yayılan xəbərlərə Çeçenistandan CAVAB

  • + A
  • - A
  • Bu gün, 15:24

    Kadırovun oğlunun Serbiya vətəndaşlığı alması ilə bağlı yayılan xəbərlərə Çeçenistandan CAVAB


    Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu Əlinin Musaev soyadı ilə Serbiya vətəndaşlığı alması barədə bir sıra xarici KİV-lərdə yayılan məlumatlar həqiqəti əks etdirmir. Bu barədə respublika hökumətinin sədr müavini, milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri İlman Vahidov özünün Telegram kanalında bildirib.

    “Əli Kadırov Serbiya vətəndaşlığı almayıb və belə bir niyyəti də olmayıb”, – deyə Vahidov vurğulayıb.

    O, həmçinin soyadın dəyişdirilməsi ilə Kadırovun oğlunun Qərbin sanksiyalarından yayınmağa çalışdığı barədə ehtimalları istehza ilə qarşılayıb.

    Çeçenistan hökumətinin sədr müavininin sözlərinə görə, sarı mətbuat Əlinin başqa soyadla Serbiya vətəndaşlığı alaraq Avropaya gedə, gizli valyuta hesablarının blokunu aça, oradakı pulları çıxara və daha sonra jurnalistləri çaşdırmaq üçün pasportunu yenidən dəyişə biləcəyi barədə saxta məlumatları kütləvi şəkildə tirajlayır.

    Məlum olduğu kimi, Çeçenistan rəhbəri Ramzan Kadırovun rəsmi məlumatlara görə, 14 övladı var. Onun Əli və Adam da daxil olmaqla böyük övladları respublikanın idarəetmə strukturlarında mühüm vəzifələr tutur, siyasi proseslərdə və biznes layihələrində iştirak edir, çoxsaylı mükafatlara layiq görülüblər.

    Kadırovun kiçik övladları isə təhsildə, Quranın öyrənilməsində və idmanda qazandıqları nailiyyətlərlə diqqət çəkirlər. Çeçenistan rəhbəri vaxtaşırı sosial şəbəkə hesablarında onların uğurları barədə paylaşımlar edir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR