AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Eskişehirdə helikopter qəzası: 5 hərbçi şəhid olub

  • + A
  • - A
  • Bu gün, 19:40

    Eskişehirdə helikopter qəzası: 5 hərbçi şəhid olub


    Türkiyənin Eskişehir bölgəsində hərbi helikopterin qəzaya uğraması nəticəsində 5 hərbçi şəhid olub. Şəhid olan hərbçilərin kimlikləri ictimaiyyətə açıqlanıb.

    Şəhidlərin adları:

    - Hava Pilot Albay Mehmet Çöl
    - Hava Pilot Üsteğmen Halil Karabulut
    - Hava Piyada Başçavuş Volkan Demirhan
    - Hava Təyyarə Texniki Xidmət Başçavuşu Muhammed Nurullah Erarslan
    - Hava Piyada Kiçik Başçavuş Mehmet Alp Gürdağ

    Şəhidlərə Allahdan rəhmət, ailələrinə və yaxınlarına səbir diləyirik.

    Ruhları şad, məkanları cənnət olsun!

    Başımız sağ olsun, Türkiyə!

    Hadisə 24 noyabr 2026-cı ildə baş verib. Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus AS-532 tipli helikopter Eskişehirin Tepebaşı rayonunda, Yörükakçayır məhəlləsi yaxınlığında təlim uçuşu zamanı qəzaya uğrayıb. Helikopterin qalıqları aşkarlanıb. Qəzanın dəqiq səbəbi ilə bağlı araşdırma aparılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR