AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Avropa komandası Ukrayna münaqişəsinin həlli üzrə növbəti danışıqlarda iştirak edəcək

  • + A
  • - A
  • Bu gün, 16:36

    Avropa komandası Ukrayna münaqişəsinin həlli üzrə növbəti danışıqlarda iştirak edəcək


    Avropa komandası Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı danışıqların növbəti mərhələsində iştirak edəcək. Bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Avropa Parlamentində çıxışı zamanı bildirib. Çıxış təşkilatın rəsmi saytında canlı yayımlanıb.

    “Biz diplomatiyanın uğur qazanması üçün ona ən yaxşı şansı verməliyik. Güclü Avropa komandası danışıqların növbəti mərhələsində iştirak edəcək. Bu, vacibdir, çünki Ukraynanın təhlükəsizliyi birbaşa bizim təhlükəsizliyimizə təsir göstərir”, – deyə fon der Lyayen bildirib.

    O, Avropanın Ukraynaya öz maraqlarını müdafiə etməkdə dəstəyini davam etdirəcəyini bir daha bəyan edib. Onun sözlərinə görə, Avropa İttifaqı Rusiyanın mövqeyini yalnız bəyanatlarına deyil, həm də konkret addımlarına əsasən qiymətləndirəcək.

    Noyabrın 19-da Rusiya prezidenti Vladimir Putin Çinə səfərinin yekunlarına dair mətbuat konfransında bildirib ki, Moskva Avropa İttifaqı nümayəndələrini mövqelərini anlamaq və Ukrayna münaqişəsinin həlli ilə bağlı dialoqu davam etdirmək məqsədilə Rusiyaya dəvət edib.

    Ertəsi gün Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Rusiyanın “Avropa üçlüyü”nün – Fransa, Almaniya və Böyük Britaniya nümayəndələrinin səfərini nəzərdən keçirdiyini açıqlayıb.

    Lakin daha sonra Avropa Komissiyası bu müzakirələrdən imtina edib və Rusiya ilə dialoqu yalnız Ukraynada atəşkəs əldə edildikdən sonra aparacağını bəyan edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR