AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Dəmir Yumruq” dövlətimizə və dövlətçiliyimizə qarşı təhdidlə danışanların da başına endiriləcək - Ehtiram Mehtiyev

  • + A
  • - A
  • 2-08-2021, 21:20


    Vladimir Jirinovski yenə sərsəm çıxış edib. O bildirib ki, Rusiyanın iradəsi ilə hər kəs hesablaşmalıdır. Və Azərbaycan hakimiyyətini rus əsgərləri ilə təhdid edib. Artıq qəbul etməliyik ki, bu adam qocalığın ən ağır fəsadlarını yaşayır və əmin olun ki, Jirinovski bu sərsəm çıxışını ayıq başla etməyibdir.

    Bunu Milli Cəbhə Partiyasının (MCP) sədr müavini, deputat Razi Nurullayevin köməkçisi Ehtiram Mehtiyev deyib. O, bildirib ki, artıq neçənci dəfədir, Jirinovski sərsəm-faşist ritorikasına üstünlük verir və ölkəmizə qarşı bu şəkildə hədyan dolu çıxışlar edir:

    “Bu adam 44 günlük Vətən Müharibəsində də "Qarabağ nə Azərbaycanın olmalıdır, nə də Ermənistanın. Rusiyanın Krasnodar (ya da Stavropol) vilayətinə birləşdirilməlidir" çıxışı ilə ürək bulandırmağa çalışmışdı. Onun belə ritorika və tonla danışması düşmən dəyirmanına su tökməkdən başqa bir işə yaramır.

    Ancaq Jirinovski və onun kimi siyasi təlxəklər anlamalıdırlar ki, bu təhdidlər Azərbaycanın haqq işinə xələl gətirə bilməz. Azərbaycanda güclü xalq-iqtidar birliyi mövcuddur və bu birlik müstəqilliyimizə qarşı dil uzadanlara layiqli cavab verəcəkdir”.

    Ehtiram Mehtiyev vurğulayıb ki, “Dəmir Yumruq” nəinki torpaqlarımıza göz dikənlərin, hətta dövlətimizə və dövlətçiliyimizə qarşı təhdidlə danışanların da başına endiriləcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR