AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Sığortalanaq, sağlam olaq” adlı növbəti tədbir keçirilib - FOTOLAR

  • + A
  • - A
  • 11-08-2023, 14:51

    “Sığortalanaq, sağlam olaq” adlı növbəti tədbir keçirilib - FOTOLAR

    Avqust ayının 10- da Siyəzən rayonu Gənclər Evində “Pediatrik Kardiologiya və Revmatologiya ictimai birliyinin “Sığortalanaq, sağlam olaq” – regionlarda icbari tibbi sığorta haqqında əhalinin maarifləndirilməsi adlı layihəsinin növbəti tədbiri uğurla həyata keçirilib.

    Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. Layihənin rəhbəri, Pediatrik Kardiologiya və Revmatologiya İctimai Birliyinin sədri Sveta Rəfiyeva layihə və mövzu barədə geniş çıxış edib. Mövzu ətrafında ailə nümayəndələrinin geniş fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb.

    Qeyd edək ki, layihənin məqsədi 6 regionda – Xaçmaz, Şabran, Siyəzən, İsmayıllı, Kürdəmir, Oguzda əhalinin icbari tibbi sığorta haqqında məlumatlandırmaq, onların sağlamlıqları üçün İTS imkanlarından yararlanması üzrə maarifləndirməkdir. Layihə üzrə növbəti tədbir İsmayıllıda keçiriləcəkdir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR