Pediatr Aytən İsmayılzadə qızılca və ondan qorunmaq üçün valideynlərə məsləhət verib. Azadmedia.az qızılca ilə bağlı sözügedən məlumatları diqqətə çatdırır:
Bilin ki, qızılca virusu güclü virusdur. İmmuniteti zəiflədir və tez zamanda ağırlaşmalara gətirir.
- Qızılca xəstəsini müalicə yazdırmaq üçün özəl klinikalara, poliklinikalara aparmayın. Ordakı körpələri, hamilələri risk altına salırsız.
-Qızılcaya yoluxmuş xəstəyə xüsusi nəzarət lazımdır. Bu isə telefonla olmur. Ancaq birbaşa xəstə müyinə olunmalıdır. Buna görə sahə həkimi evə baş çəkməlidir.
-Qızılca virusu xəstəliyin ilk bir həftəsində hələ səpkilər yox ikən daha çox yoluxucudur. Buna görə siz onu qrip ilə səhv salıb həkimə aparmağa tələsməyin. Gözlərdə qızartı, halsızlıq, davamlı başağrısı görsəz biıin ki, qızılca ola bilər və səpkiıəri gözləyin. Eyni zamanda həkimə də məlumat verin.
- indi hamı əl-ayağa düşüb tez gedəcək peyvənd vurdurmağa ki, uşağı yoluxmasın. Bu düzgün olmayacaq. Çunki indi epidemiya başlayır. Və onun peyvəndi canlıdır. Siz uşağı yoluxduğunu bilmədən peyvənd etdirə bilərsiz ki, bu da ağırlaşmaya gətirər.
- Qızılca virus xəstəliyi olsa dahəm viral, həm bakterial ağırlaşmalar tez görülə bilər : sətəlcəm (pnevmoniya) , ensefalit ( beyin iltihabı) meningit, karlıq, kolit və s.
- Qızılca ölümlə də nəticələnə bilər.
-Qızılca skarlatina və oxşar digər xəstəliklərlə fərqləndirilməlidir. Qızııca səpkiləri xırda xırda, birləşməyə meyilli, üzdən başlayır. Bütün bədənə yayılır. Səpkilər mədə bağırsaqda da olur, pəhriz qidalanma lazimdir.
- Gözlərdə güclü viral konyuktivit səbəbindən işıqdanqorxma olur. Qızılca virusu göz əzələ siniflərinin zədələyərsə çəplik, görmə problemi, korluq yarada biler.
- Xəstə ilə təmasda olan uşaqlara profilaktik immunoqlobulin təyin olunur.
-Qızılcaya immunitet ömürlük yaranır. Peyvəndi iki dəfə edilir. 1 və 6 yaşda. Hamilələr və 12 aya kimi uşaqlara peyvənd edilmir. Buna görə xəstələr onları rahat yoluxdura bilər.
-Peyvənd olunmuş uşaqlar xəstəliyi yüngül , simptomsuz keçirə bilər. Bununla yanaşı onlar aktiv mənbə hesab olunmur.
-əhalinin 90%-dan çoxunun peyvəndli olması xəstəliyin yayılmasına əngəldir. Bizdə bu faiz aşağıdır ki, hardansa gələn bu virus belə arta bilir.
Uşaqların peyvəndin vaxtında etdirmək lazımdır. Valideynlərin imtina ərizəsi ilə razılaşanda nəticə belə də olacaqdı.
#qızılca #virus #kızamık