AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

KT müayinəsi kimlərə tövsiyə olunmur? - SƏBƏB

  • + A
  • - A
  • 18-01-2024, 15:51

    KT müayinəsi  kimlərə tövsiyə olunmur? - SƏBƏB

    KT - daha çox sümüklərin, yumşaq toxumaların və qan damarlarının təfsilatlı görüntüsünü əldə etmək üçün istifadə olunan şüa diaqnostikası metodudur. KT vasitəsilə daxili orqanların, eləcə də sümüklərin zədələnməsini, daxili qanaxmaları aşkarlamaq mümkündür. Kəllə, döş və qarın boşluğunun kontrastlı KT müayinəsi ağciyər emboliyası, qan damarlarının tutulmalarını müəyyən etməyə imkan verir. MRT ilə müqayisədə KT müayinəsi daha az müddət çəkdiyi üçün təcili diaqnostikada istifadə edilir.
    KT üçün rentgen şüalarından istifadə edildiyindən bu müayinə metodu hamilə qadınlara, südverən analara və azyaşlı uşaqlara tövsiyə olunmur.
    Azadmedia.az xatırladır ki, 2021-2023-cü illərdə icbari tibbi sığorta çərçivəsində aparılmış KT müayinələrinin sayı isə 442 165 olub.
    İxtisaslı həkim tərəfindən təyin olunan kompüter tomoqrafiyası (KT) müayinələri icbari tibbi sığortanın təminatına daxildir. Baş-beyin, onurğa sütunu, döş qəfəsi, qarın boşluğu və çanaq orqanları, sümük-oynaq sistemi, yumşaq toxumaların KT müayinələri vətəndaşlara ödənişsiz şəkildə göstərilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR