AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

MRT müayinəsi nədir? - İzah

  • + A
  • - A
  • 18-01-2024, 16:10

    MRT müayinəsi nədir? - İzah

    MRT- ionlaşdırıcı şüalanmadan istifadə etməyən təhlükəsiz diaqnostika üsuludur. MRT əsasən baş və onurğa beynin, yumşaq toxumaların dəyərləndirilməsi üçün ən effektiv müayinə üsuludur.
    MRT müayinəsi sinir sistemi xəstəliklərinin diaqnostikasında, o cümlədən fəqərəarası disk yırtığı və onurğa kanalının daralmasının daha aydın görüntülənməsində tətbiq edilir. MRT müayinəsi həmçinin onkoloji xəstəliklərin diaqnostikasında geniş istifadə olunur. KT ilə müqayisədə MRT müayinəsi zamanı orqanizm zərərli şüalanmaya məruz qalmır və bu müayinə növü prostat, uşaqlıq boynu, qaraciyər xərçənginin, habelə sümük və beyin metastazlarının daha dəqiq görüntülənməsinə imkan verir.
    Bədənində müxtəlif implantlar, metal fraqmentləri, elektrokardiostimulyator, uşaqlıq daxili spiral, metal protez və ya insulin pompası olan insanlar MRT müayinəsindən əvvəl bu barədə mütləq radioloqa məlumat verməlidir. Həmçinin klaustrofobiyası olan (qapalı yerlərdən qorxan) pasiyentlər üçün MRT müayinəsi məqsədəuyğun deyil.
    Məlumat üçün bildirək ki, icbari tibbi sığorta ilə qarşılanan tibbi xidmətlərdən istifadə etmək üçün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki istənilən dövlət tibb müəssisəsinə və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 9 elmi-tədqiqat institutuna şəxsiyyət vəsiqəsi ilə müraciət etmək kifayətdir. Qeyd olunan müayinələrin dövlət tibb müəssisələrində aparılması mümkün olmadıqda vətəndaşa xidmətdən yararlanması üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqaviləsi olan özəl tibb müəssisələrinə göndəriş vərəqəsi verilir.
    İxtisaslı həkim tərəfindən təyin olunan maqnit-rezonans tomoqrafiyası (MRT) müayinələri icbari tibbi sığortanın təminatına daxildir. Baş-beyin, onurğa sütunu, döş qəfəsi, qarın boşluğu və çanaq orqanları, sümük-oynaq sistemi, yumşaq toxumaların MRT müayinələri vətəndaşlara ödənişsiz şəkildə göstərilir.
    Azadmedia.az-a İTSDA-dan daxil olan məlumata görə 2021-2023-cü illərdə icbari tibbi sığorta çərçivəsində aparılmış MRT müayinələrinin sayı 348 955, KT olub.
    MRT müasir vizualizasiya metodları insan bədəninin daxili orqan və toxumalarının vəziyyətini qiymətləndirməyə, müxtəlif patologiyaları aşkar etməyə imkan verir. Bu müayinə metodu xəstənin şikayətləri nəzərə alınaraq ixtisaslı həkim müayinəsi əsasında təyin olunur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR