AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

QDİƏT-in baş katibi: “Elm sahəsində dərin islahatlara ehtiyac var” MÜSAHİBƏ

  • + A
  • - A
  • 28-03-2024, 10:36

    QDİƏT-in baş katibi: “Elm sahəsində dərin islahatlara ehtiyac var” MÜSAHİBƏ

    Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi, akademik Asəf Hacıyev AzadMedia.az-a müsahibə verib


    - Asəf müəllim, salam. İşləriniz necədir?
    -Çox sağ olun. Hər şey yaxşıdır.

    -Asəf müəllim, istərdik ki, bir az elmi söhbət edək. Müasir zamanda elmin hansı sahələri daha çox aktualdır?
    -Doğrudan da, elm sahəsi çox aktualdir. Bu gün günümüzün əsas məsələlərindən biri texnologiyalarla bağlıdır. Məsələn, bir neçə nümunə çəkmək olar. Danimarka, Sinqapur, Finlandiya, Hollandiya kimi ölkələr təbii resurslar baxımından heç də zəngin deyil. Nə var Yaponiyada?! Nə var Sinqapurda?!. Sadəcə həmin ölkələrdə yüksək texnologiyalar var. Məhz bunun əsasında həmin ölkələr dünyada tanınır. Həmçinin həyat səviyyəsi ilə müqayisədə daha yüksək yerdədirlər.

    -Azərbaycanda elmin inkişafı hansı yerdədir?
    - Bu gün dünyada, eləcə də Azərbaycanda alternativ enerji mənbələri haqqında danışırıq. Təbii ki, bu istiqamətdə böyük işlər görülür. Bu alternativ enerji elmsiz mümkün deyil. Məhz bütün bunların kökündə texnologiyalar dayanır. Bu texnologiyalarin əsasını elm təşkil edir. Ona görə də milli platformada elmə xüsusi yer ayrılmalıdır. Məsələn, Sovet dövründə elm şüar olaraq səslənib. Bu gün isə dünya dəyişib. Fərqli hadisələr, fərqli proseslər baş verir. Maddiyyat olmasa heç bir inkişafdan söhbət gedə bilməz. İnkişaf etmiş ölkələr elmə daha çox vəsait ayırır. Dünyada elmə ən çox maliyyə ayıran iki ölkə var. İsrail və Cənubi Koreya. Təxminən ÜDM-in 4,3 % ni elmə ayırır. Azərbaycan isə 0,2% ayırır. Qardaş Türkiyədə ÜDM-in 1,4% elmə ayrılır. Ona görə də Türkiyədə hərbi texnologiyalar sahəsində böyük addımlar atılır. Mən demirəm nəyimiz varsa elmə ayıraq. Sadəcə olaraq milli ideyanın içində proqram olmalıdır. Ayrılan vəsaitlər yavaş yavaş artırılmalıdır. Elm sahəsində islahatlar aparılmalıdır.
    Asəf müəllim, bildiyiniz kimi, AMEA-da bir çox institutlar birləşdi. Bu barədə nə deyə bilərsiz?
    Doğru qeyd etdiz. Yeni yaradılmış Elm və Təhsil Nazirliyinə verildi. Bu islahatdır. Sanki o məsələdən sonra dayandıq. Hesab edirəm ki, bu islahatlar davamlı xarakter daşımalıdır. Əvvəla, bu qədər institutlara Azərbaycanda ehtiyac varmı?! Düşünürəm ki, yoxdur. Bu institutlar birləşməli və islahatlar getməlidir. Sadəcə bu institutları təşkil edən nüvə var ki o saxlanmalıdır. Akademiyanı parçalayıb nazirliyə vermək islahat deyil. Bu davam etməlidir. Alimlərin humanitar eım sahələrinə də aiddir. Cənab prezident hər zaman irəli sürdüyü ideyalar ço müasir olur. Eyni zamanda, hər bir sahə ilə bağlı ardıcıl fikirlər səsləndirir. Düşünürəm ki, milli ideya məsələsi də bütün sahələrdə öz həllini tapacaq. Milli platformaməz yaradılacaq.

    -İstərdik ki, bir az da Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilənişlər barədə danışasız. Görülən işləri necə qiymətləndirirsiz?
    -Azərbaycan üçün ən önəli Qarabağ və Şərqi Zəngəzurda quruculuq işlərinin davam etdirilməsi, keçmiş məcburi köçkünlərin öz evlərinə qayıtmasıdır. Cənab prezident də dəfələrlə çıxışlarında deyib ki, biz azad ərazilərdə ağıllı kəndlər, ağıllı qəsəbələr yaradacağıq. Bu istiqamətdə də işlər intensiv formada davam edir. Hesab edirəm ki, bu məslələrdə də texnologiya sahəsi daha qabarıq formada özünü göstərir.
    Xəlil XƏLİLOV


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR