AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Valideynlər sağlamlıq imkanları məhdud uşaqlarının gələcəyinə ümidsiz olmamalı

  • + A
  • - A
  • 2-04-2024, 14:26

    Valideynlər sağlamlıq imkanları məhdud uşaqlarının gələcəyinə ümidsiz olmamalı

    Narazı olanlar qalsa da, 10 il əvvəlki dövrlə müqayisədə əngəlli uçaqlara fərqi görməmək mümkün deyil. Övladına görə utananlar, sağlamlıq məhdudiyyəti olan uşağı üzə çıxarmaqdan imtina edənlər çox azalıb. Bunda cəmiyyətdə fərqliliyə münasibətin dəyişməsinin də rolu var.
    Məsələyə Ümumi Təhsil üzrə Dövlət Agentliyinin xüsusi təhsil sektorunun müdiri Anar Xələfovun münasibəti də maraqlı səbəblərdir. A.Xələfov uşağını oxutmaq istəməyənlərin məsələsini psixoloji məsələ hesab etmir: "Tədqiqatlar göstərir ki, valideynlər sağlamlıq imkanları məhdud uşaqların iqtisadi baxımdan müstəqil olacaqlarına inanmırlar. Bir çox cəmiyyətlərdə bu inamsızlıq var. Lakin təcrübə göstərir ki, sağlamlıq imkanları məhdud şəxslərin təhsilinin təşkili ilə yanaşı, onlara yaradılan şərait, iş imkanları, hər sahədə nəzərə alınmaları onların gələcəyinə inamı artırır. Tutaq ki, peşə və ali təhsil ala bilmələri üçün şərait, onların gələcəkdə işə düzəlməsi üçün hüquqi bazanın təmin edilməsi, əlilliyi olan şəxslərin işə düzəlməsi ilə bağlı kvota insanlarda onların gələcəyinə, iqtisadi müstəqilliklərinə inam yaradıb. Ali təhsil müəssisələrinə qəbul prosesində Dövlət İmtahan Mərkəzi əlilliyi olan şəxslər üçün kifayət qədər yaxşı şərait yaradır. Elə ali təhsil müəssisələrinin özündə də insanların məhdudiyyətləri nəzərə alınır. Bir neçə universitetdə əlilliyi olan şəxslərə dəstək mərkəzləri yaradılıb. Təlim və imtahan prosesində onlara dəstək göstərilir. Valideynlər bu imkanları görür və uşaqlarının təhsilinə maraq göstərirlər. Bu baxımdan oların davranışları adekvatdır. Cəmiyyətdə əlilliyə, məhdudiyyətlərə qarşı münasibətin dəyişməsi onların uşaqlarının təhsilinə marağının artmasına gətirib çıxarır. Yenə təkrar edirəm: əsas məsələmiz onlara şərait qurmaqdır. Düzdür, profilaktik tədbirlər də işə yarayır, bu, əlil və məhdudiyyətli doğulanların sayına təsir göstərir. İstər prenatal, istər yeni doğulanlarda aparılan testlər uşaqların sağlamlığının qorunmasına, eləcə də məhdudiyyətin vaxtında aşkar olunaraq reabilitasiya tədbirlətinin həyata keçirilməsinə təsir edir. Ancaq bu məsələdə vacib sayılan məhdudiyyəti olan insanlar üçün cəmiyyəti uyğunlaşdırmaq, bunun üçün addım atmağa gecikməməkdir. Bu istiqamətdə maariflənmək, problemi vaxtında müəyyənləşdirmək, doğru qiymətləndirmək çox önəmlidir".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR