AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qırğızıstan cinayətkar qrupun 5 üzvünü Azərbaycana təhvil verib

  • + A
  • - A
  • 8-04-2024, 09:19

    Qırğızıstan cinayətkar qrupun  5 üzvünü Azərbaycana təhvil verib


    Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsinin (MTK) əməkdaşları sifarişli qətl törətmək üçün Bişkekə gələn və Qırğızıstan paytaxtında saxlanılan 5 mütəşəkkil cinayətkar qrupun üzvünü Azərbaycan Daxili İşlər Nazirliyinin nümayəndələrinə təhvil veriblər. Bu barədə Milli Təhlükəsizlik Dövlət Komitəsinin mətbuat mərkəzi məlumat yayıb.

    “Aparılan əməliyyat-istintaq tədbirləri zamanı həmin şəxslərin həqiqətən də cinayətkar qruplaşmalarla əlaqəsi olması müəyyən edilib. Həmin şəxslər Qırğızıstan Respublikasının vətəndaşları üçün təhlükə törətdiklərinə görə, habelə Azərbaycanın hüquq-mühafizə orqanları ilə əvvəlcədən müəyyən edilmiş razılaşmaya uyğun olaraq onların müraciəti əsasında Manas Beynəlxalq Hava Limanının (Bişkek) ərazisində , sonuncular Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəsmi nümayəndələrinə təhvil verilib”, - məlumatda deyilir.

    Mətbuat mərkəzi xatırladıb ki, martın 20-də beş Azərbaycan vətəndaşı “cinayətkarlıq ideologiyasını yaymaq və gücləndirmək”, o cümlədən “cinayətkarlıq ideologiyasını, habelə xüsusilə ağır cinayət – sifarişli qətl törətmək” məqsədi ilə Qırğızıstana gəliblər.

    Qırğızıstan tərəfinin fikrincə, onların hamısı “transmilli mütəşəkkil cinayətkar qrup”un üzvləridir və “mütəşəkkil cinayətkar qruplaşmanın qanunsuz fəaliyyəti ilə bağlı qanunsuz hərəkətlərdə” iştirak edirlər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR