AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Estoniya vətəndaşı hasarı aşaraq Rusiya sərhədini keçməyə cəhd edib

  • + A
  • - A
  • Bu gün, 22:04

    Estoniya vətəndaşı hasarı aşaraq Rusiya sərhədini keçməyə cəhd edib


    Estoniya vətəndaşı hasarı aşaraq Rusiya sərhədini keçməyə cəhd edib
    Estoniya vətəndaşı Vıru mahalında sərhəd hasarını aşaraq Rusiya istiqamətində hərəkət etməyə cəhd edib.

    Məlumata görə, iyunun 3-də Estoniyanın sərhədçiləri sərhəd zolağında bir kişini müşahidə ediblər. Bir müddət sonra həmin şəxs sərhəd hasarını aşaraq Rusiya tərəfinə doğru hərəkət edib.

    Hadisə ilə bağlı Estoniya sərhəd xidməti Rusiya sərhədçilərini məlumatlandırıb. Daha sonra Rusiya tərəfi şəxsin saxlanıldığını bildirib.
    Məlum olub ki, saxlanılan şəxs Estoniya vətəndaşıdır. Hadisənin səbəbləri və digər təfərrüatlar barədə əlavə məlumat verilməyib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR