AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Livanın Səhiyyə Nazirliyi: İsrail zərbələri nəticəsində 3 526 nəfər həlak olub

  • + A
  • - A
  • Bu gün, 22:07

    Livanın Səhiyyə Nazirliyi: İsrail zərbələri nəticəsində 3 526 nəfər həlak olub


    Livanın Səhiyyə Nazirliyi bildirib ki, martın 2-dən etibarən İsrailin ölkə ərazisinə endirdiyi hava zərbələri nəticəsində azı 3 526 nəfər həyatını itirib.
    Nazirliyin məlumatına görə, həmin dövrdə daha 10 733 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

    Məlumatda qeyd olunur ki, Livanın cənubunda həyata keçirilən son hava hücumlarından biri zamanı dörd xarici vətəndaş yaralanıb. Yaralananlar arasında iki Suriya və iki Banqladeş vətəndaşı var.
    Livanın dövlət xəbər agentliyi NNA-nın məlumatına əsasən, İsrail aviasiyası Nəbatiyyə bölgəsində yerləşən Əl-Maşal ərazisinə, Abba və Əd-Düveyr yaşayış məntəqələri arasına iki dalğalı hava zərbəsi endirib.

    Bununla yanaşı, həmin bölgədə yerləşən Cəbçit və Arnun yaşayış məntəqələrinin də hava hücumları və bombardmanlara məruz qaldığı bildirilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR