AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Putin: “Oreşnik”in mayın sonundakı tətbiqi döyüş deyil, sınaq xarakterli olub

  • + A
  • - A
  • Bu gün, 22:37

    Putin: “Oreşnik”in mayın sonundakı tətbiqi döyüş deyil, sınaq xarakterli olub

    Rusiya Prezidenti Vladimir Putin bildirib ki, may ayının sonunda Ukrayna ərazisinə endirilən “Oreşnik” raket zərbələri döyüş məqsədli deyil, sınaq xarakterli olub.

    Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində dünya informasiya agentliklərinin nümayəndələri ilə görüşdə çıxış edən Putin qeyd edib ki, zərbələr nəticələrin daha dəqiq öyrənilə biləcəyi hədəflərə endirilib.

    Onun sözlərinə görə, zərbələrdən sonra Rusiya pilotsuz uçuş aparatları vasitəsilə nəticələri “millimetr dəqiqliyi ilə” araşdırıb. Putin bunun gələcəkdə “Oreşnik” raket sisteminin, o cümlədən şəhər tipli yaşayış məntəqələrində yerləşən hədəflərə qarşı tətbiq imkanlarını qiymətləndirmək baxımından vacib olduğunu vurğulayıb.

    Rusiya lideri bildirib ki, indiyədək “Oreşnik” sistemindən tam mənada heç bir döyüş istifadəsi həyata keçirilməyib. Bununla yanaşı, o, gələcəkdə raketin müxtəlif hədəflərə qarşı tammiqyaslı istifadəsi ilə bağlı qərarların qəbul edilə biləcəyini də istisna etməyib.

    Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyi sonuncu dəfə mayın 24-də Ukraynaya “Oreşnik” raketi ilə zərbə endirildiyini açıqlamışdı. Nazirliyin məlumatına görə, həmin hücum Ukraynanın Rusiya ərazisindəki mülki obyektlərə qarşı həyata keçirdiyi “terror xarakterli hücumlara cavab” olaraq həyata keçirilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR