AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Slovakiyanın Baş naziri Rumıniyaya dəstək verdi, Putinlə danışıqlara çağırdı

  • + A
  • - A
  • Bu gün, 22:37

    Slovakiyanın Baş naziri Rumıniyaya dəstək verdi, Putinlə danışıqlara çağırdı

    Slovakiyanın Baş naziri Robert Fico Rumıniyanın Konstansa limanında dəniz pilotsuz uçuş aparatının partlamasından sonra bu ölkəyə dəstəyini ifadə edib və Rusiya Prezidenti Vladimir Putin ilə birbaşa danışıqlara başlanılmasına çağırıb.
    Avropa İttifaqı–Qərbi Balkanlar sammiti çərçivəsində Çernoqoriyada jurnalistlərə açıqlama verən Fiko bildirib ki, Konstansada partlayan aparatın ehtimal ki, nəzarətdən çıxmış hərbi dəniz dronu olduğu düşünülür. Bununla belə, o, hadisənin bütün təfərrüatları araşdırılmadan tərəflərdən hər hansı birini ittiham etməkdən imtina edib.

    Slovakiya hökumət başçısı vurğulayıb ki, belə hadisələr ciddi qlobal təhlükələr yarada bilər. Onun sözlərinə görə, əgər pilotsuz aparat NATO və Avropa İttifaqına üzv ölkələrdən birində yaşayış binasına düşsəydi, çoxsaylı insan tələfatı baş verə və vəziyyət daha genişmiqyaslı münaqişəyə çevrilə bilərdi.

    Fiko yaranmış vəziyyətdən çıxış yolu kimi Rusiya ilə birbaşa dialoqun vacibliyini qeyd edib. O bildirib ki, danışıqların təşəbbüskarı istər Avropa İttifaqı liderləri, istərsə də hər hansı nüfuzlu dövlət olsun, əsas məqsəd münaqişənin daha da genişlənməsinin qarşısını almaqdır.

    Qeyd edək ki, hadisə cümə günü Rumıniyanın Constanța limanında baş verib. Ukrayna münaqişəsində istifadə olunduğu bildirilən dəniz dronu liman akvatoriyasında partlayaraq özəl şirkətə məxsus sənaye obyektinə ziyan vurub. Hadisə nəticəsində xəsarət alan olmayıb.
    Bu insidentdən bir həftə əvvəl isə Rumıniya rəsmiləri Rusiyaya məxsus pilotsuz uçuş aparatının sərhədyanı Galați şəhərində yaşayış evinə düşdüyünü açıqlamışdılar.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR