AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Aİ-də əhali 2029-cu ildən sonra azalmağa başlayacaq – Araşdırma

  • + A
  • - A
  • Dünən, 23:27

    Aİ-də əhali 2029-cu ildən sonra azalmağa başlayacaq – Araşdırma

    Avropa İttifaqında (Aİ) əhalinin sayı 2029-cu ilə qədər artmağa davam edəcək, lakin bundan sonra uzunmüddətli azalma mərhələsinə keçəcək. Bu barədə Avropa Komissiyasının Birgə Tədqiqat Mərkəzinin (JRC) hazırladığı araşdırmada bildirilir.
    Araşdırmaya görə, hazırda 450,6 milyon nəfər olan Aİ əhalisi 2029-cu ildə 453,3 milyon nəfərlə ən yüksək həddə çatacaq.

    Daha sonra isə azalma başlayacaq və 2100-cü ilə qədər əhalinin sayı 398,8 milyon nəfərə enəcək. Bu göstərici təxminən 1970-ci illərin səviyyəsinə uyğun olacaq.
    Proqnozlara əsasən, Aİ-də orta ömür uzunluğu da artacaq. Belə ki, 2024-cü ildə 81,5 il olan orta ömür uzunluğunun 2100-cü ildə qadınlar üçün 90, kişilər üçün isə 86 ilə çatacağı gözlənilir.

    Eyni zamanda, yaşlı əhalinin payı da əhəmiyyətli dərəcədə yüksələcək. Hazırda 65 yaş və yuxarı şəxslər Aİ əhalisinin təxminən 20 faizini təşkil etdiyi halda, 2050-ci ildə bu göstəricinin üçdəbirə çatacağı proqnozlaşdırılır.

    Tədqiqat müəllifləri hesab edirlər ki, immiqrasiya demoqrafik dəyişikliklərin bəzi mənfi təsirlərini yüngülləşdirə bilər. Lakin bu, qocalan cəmiyyətin yaratdığı problemləri tam aradan qaldırmaq üçün kifayət etməyəcək.

    Avropa Komissiyasının demoqrafiya məsələləri üzrə komissarı Dubravka Şuitsa bildirib ki, Aİ-ni qarşıdakı illərdə ixtisaslı işçi qüvvəsinin çatışmazlığı, büdcəyə artan yük, eləcə də sosial qayğı və təhsil sistemləri üçün ciddi çağırışlar gözləyir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR