AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İran ABŞ-ın Bəhreyn və Küveytdəki bazalarında silah anbarlarının məhv edildiyini iddia edib

  • + A
  • - A
  • Dünən, 23:32

    İran ABŞ-ın Bəhreyn və Küveytdəki bazalarında silah anbarlarının məhv edildiyini iddia edib

    İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri və Aerokosmik Qüvvələrinin həyata keçirdiyi cavab raket və pilotsuz uçuş aparatları əməliyyatı zamanı ABŞ-ın Bəhreyndə və Küveytdə yerləşən hərbi obyektlərinə zərbələr endirildiyi bildirilib.

    İranın Fars agentliyinin yaydığı məlumata görə, Bəhreyndə yerləşən Şeyx İsa aviabazasında ABŞ-a məxsus hərbi gəmilər və təyyarələr üçün nəzərdə tutulan bir neçə silah və ehtiyat hissələri anbarı məhv edilib.

    Bundan əlavə, Küveytdə yerləşən ABŞ hərbi bazasında MQ-9 pilotsuz uçuş aparatlarının yerləşdirildiyi əraziyə də zərbə endirildiyi, nəticədə bir sıra pilotsuz aparatların məhv edildiyi və ya zədələndiyi iddia olunur.

    Məlumat hələlik yalnız İran tərəfinin açıqlamasına əsaslanır. ABŞ və ya Bəhreyn və Küveyt rəsmiləri bu iddialarla bağlı rəsmi açıqlama verməyiblər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR