AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İsrail parlamentində Netanyahuya etiraz: "Xəyanətkar", "Rədd ol!" şüarları səsləndirildi

  • + A
  • - A
  • Dünən, 23:34

    İsrail parlamentində Netanyahuya etiraz: "Xəyanətkar", "Rədd ol!" şüarları səsləndirildi

    İsrail parlamenti (Knesset) ultraortodoks yəhudi (haredi) kişilərin hərbi xidmətdən yayınmasına görə onların həbsini və cinayət təqibini müvəqqəti qadağan edən qanunu qəbul edib.
    Qanun praktikada ən azı yaxın bir neçə ay ərzində haredilərin böyük hissəsinin İsrail Müdafiə Qüvvələrinə (IDF) çağırışını dayandıracaq.

    Müzakirələrin bir hissəsində iştirak edən Baş nazir Benyamin Netanyahu müxalifət deputatlarının sərt etirazı ilə qarşılaşıb. Parlament zalında onun ünvanına "Rüsvayçılıq!", "Rədd ol!" şüarları səsləndirilib. Oxşar etirazlar müdafiə naziri İsrael Katsın ünvanına da səslənib.

    Netanyahu səsvermədən əvvəl iclas zalını tərk edib və səsvermədə iştirak etməyib.

    Səsvermə zamanı müxalifət deputatlarından biri Netanyahuya istinad edərkən onu "xəyanətkar" adlandırıb.

    Qeyd edək ki, İsraildə haredilərin hərbi xidmətdən azad edilməsi məsələsi uzun müddətdir ölkədə siyasi və ictimai mübahisələrin əsas mövzularından biri olaraq qalır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR