AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Avropada rekord istilər üzüm məhsulunu azaldır, iqtisadiyyata təsir güclənir

  • + A
  • - A
  • Dünən, 23:36

    Avropada rekord istilər üzüm məhsulunu azaldır, iqtisadiyyata təsir güclənir

    Avropada rekord istilər üzüm məhsulunu azaldır, iqtisadiyyata təsir güclənir

    Avropada müşahidə olunan ekstremal istilər üzümçülüyə ciddi zərbə vurur. The Wall Street Journal nəşrinin yazdığına görə, iqlim dəyişikliyinin təsirləri nəticəsində qitədə üzüm məhsuldarlığının azalacağı gözlənilir.

    Məlumata əsasən, rekord isti hava şəraiti səbəbindən bu il üzüm yığımına əvvəlki illərlə müqayisədə daha tez başlanılması gözlənilir. Eyni zamanda, suvarma və məhsulun daşınması xərcləri də əhəmiyyətli dərəcədə artıb.

    Problemi daha da dərinləşdirən amillərdən biri Avropanın əsas nəqliyyat arteriyalarından olan Reyn çayında su səviyyəsinin kəskin aşağı düşməsidir. Bu isə logistik xərclərin artmasına səbəb olur.

    Almaniyanın qərbində, Reyn vadisinin yamaclarında altı nəsildir rislinq üzümü yetişdirən fermer Tilbert Naqler bildirib ki, 2026-cı ildə müşahidə olunan isti hava həm məhsulun həcmini təhlükə altına salır, həm də yığım xərclərini artırır.

    Nəşr qeyd edir ki, iqlim dəyişikliyinin yaratdığı bu çətinliklər artıq yalnız şərabçılıq sektoruna deyil, Avropa iqtisadiyyatının digər sahələrinə də mənfi təsir göstərməyə başlayıb. Rekord istilər və quraqlıq kənd təsərrüfatı, logistika və istehsal sahələrində əlavə maliyyə yükü yaradır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR