AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ-nin təzyiqləri və daxili qalmaqallar: Beynəlxalq Cinayət Məhkəməsi böhranla üz-üzə

  • + A
  • - A
  • Dünən, 23:39

    ABŞ-nin təzyiqləri və daxili qalmaqallar: Beynəlxalq Cinayət Məhkəməsi böhranla üz-üzə


    ABŞ-nin təzyiqləri və daxili qalmaqallar: Beynəlxalq Cinayət Məhkəməsi böhranla üz-üzə

    Beynəlxalq Cinayət Məhkəməsi (BCM) həm ABŞ-nin artan təzyiqləri, həm də daxildə baş verən qalmaqallar fonunda ciddi böhran yaşayır.

    Vaşinqton BCM-yə qarşı yeni kampaniyaya başladığını açıqlayıb və ölkələri Məhkəmənin fəaliyyətinin hüquqi əsasını təşkil edən Roma Statutundan imtina etməyə çağırıb. ABŞ dövlət katibi Marko Rubio bildirib ki, "Beynəlxalq Cinayət Məhkəməsi Amerikanın suverenliyi üçün təhdid yaradır". ABŞ administrasiyası Məhkəmə əməkdaşlarına qarşı yeni məhdudiyyətlər, o cümlədən viza qadağaları və hakimlər, eləcə də prokurorlara qarşı sanksiyalar tətbiq etməyi planlaşdırır.

    Eyni zamanda, BCM daxilində də ciddi qalmaqal yaşanır. "Deutsche Welle"nin yaydığı məlumata görə, Məhkəmənin baş prokuroru Kərim Xan keçmiş tabeliyində çalışan əməkdaşa qarşı cinsi qısnama və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunur. İstintaqın nəticələri BCM-yə üzv dövlətlərə təqdim edilib. Kərim Xan isə ittihamları qəti şəkildə rədd edərək bunların fəaliyyətini gözdən salmağa yönəlmiş kampaniyanın tərkib hissəsi olduğunu bildirib.

    Kərim Xan 2021-ci ildən BCM-nin baş prokuroru vəzifəsini icra edir. O, Ukraynadan uşaqların deportasiyası işi ilə bağlı Rusiya Prezidenti Vladimir Putinin həbs orderinin verilməsinə nail olması ilə beynəlxalq aləmdə tanınıb. Bundan başqa, Qəzza zolağındakı müharibə zamanı törədildiyi iddia olunan cinayətlərlə əlaqədar İsrailin Baş naziri Benyamin Netanyahu və sabiq müdafiə naziri Yoav Qalant barəsində də həbs orderlərinin verilməsi təşəbbüsü ilə çıxış edib.
    Kərim Xanın vəzifədə qalıb-qalmayacağı ilə bağlı qərarın iyulun 24-də qəbul ediləcəyi gözlənilir.

    Müşahidəçilərin fikrincə, səsvermənin nəticəsindən asılı olmayaraq, Beynəlxalq Cinayət Məhkəməsi ciddi reputasiya itkisi ilə üzləşə bilər. Bununla yanaşı, Avropa İttifaqı ABŞ-nin Məhkəməyə təzyiqlərinə qarşı çıxaraq BCM-ni dəstəklədiyini bəyan edib. Bir sıra ölkələr hesab edir ki, Ukrayna, Qəzza və Sudanla bağlı araşdırmalara beynəlxalq etimadın qorunması hazırkı mərhələdə xüsusi əhəmiyyət daşıyır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR