Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələri (HDQ) Qara dəniz akvatoriyasında Qolitsın qaz-kondensat yatağında yerləşən "Sivaş" qazma qurğusunda Rusiyaya məxsus obyektlərin məhv edildiyini bəyan edib.
Rusiya hərbçiləri qazma qurğusunda quraşdırılmış avadanlıqdan zərbə dronlarını idarə etmək, eləcə də Ukraynanın cənub şəhərlərinə endirilən zərbələri tuşlamaq və tənzimləmək üçün istifadə ediblər.
HDQ-nin məlumatına görə, qurğuda yerləşdirilmiş kəşfiyyat vasitələrinin köməyi ilə Rusiya qüvvələri həmçinin Ukrayna pilotsuz aparatlarının və heyətsiz katerlərinin hərəkətini aşkar edirdilər.
Bundan əlavə, məlumatda qeyd olunub ki, qazma qurğusu Rusiya xüsusi təyinatlı bölmələrinin və silahlarının, o cümlədən Ukrayna pilotsuz aparatlarına və heyətsiz katerlərinə qarşı mübarizə aparmaq üçün daşınan raket komplekslərinin və digər texnikanın yerləşdirilməsi məqsədilə istifadə olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.