AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Zelenski: Ukraynada "Patriot" istehsalı bir neçə ilə qədər çəkə bilər

  • + A
  • - A
  • Bu gün, 12:00

    Zelenski: Ukraynada "Patriot" istehsalı bir neçə ilə qədər çəkə bilər

    ABŞ-dən müvafiq lisenziya alındıqdan sonra Ukraynada "Patriot" hava hücumundan müdafiə (HHM) sistemlərinin istehsalının qurulması 12 aydan bir neçə ilə qədər vaxt apara bilər.

    Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski televiziyada bildirib.

    Onun sözlərinə görə, proses ABŞ və Avropa ölkələrindəki bürokratik prosedurlar səbəbindən çətinləşir. Zelenski həmçinin qeyd edib ki, hətta lisenziya aldıqdan sonra belə Ukrayna "Patriot" sistemləri üçün raketləri müstəqil şəkildə istehsal edə bilməyəcək.

    O vurğulayıb ki, Kiyev ölkə ərazisində mümkün olan ən çox sayda istehsal elementinin yerləşdirilməsində maraqlıdır. Zelenskinin sözlərinə görə, istehsalın bir neçə Avropa ölkəsində yerləşdirilməsi əlavə bürokratik ləngimələrə gətirib çıxara bilər.

    Xatırladaq ki, iyulun əvvəlində NATO sammitində ABŞ Prezidenti Donald Tramp gələcəkdə Ukraynada "Patriot"un lisenziyalı istehsalını təşkil etməyin mümkünlüyü barədə açıqlama vermişdi. Daha əvvəl "Bloomberg" də xəbər vermişdi ki, Ukraynada bu sistemlər üçün raketlərin istehsalına başlanması xeyli vaxt aparacaq və Kiyevə mövcud ehtiyatları tez zamanda bərpa etməyə imkan verməyəcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR