AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İranda ABŞ və İsrail gəmilərinin Hörmüz boğazından keçidinin qadağan edilməsi ilə bağlı qanun layihəsi təsdiqlənib

  • + A
  • - A
  • Bu gün, 09:08

    İranda ABŞ və İsrail gəmilərinin Hörmüz boğazından keçidinin qadağan edilməsi ilə bağlı qanun layihəsi təsdiqlənib


    İran parlamentində Hörmüz boğazında təhlükəsizliyin təmin edilməsi ilə bağlı strateji fəaliyyət planı təsdiqlənib.

    ISNA xəbər verir ki, plan çərçivəsində ABŞ, İsrail və digər düşmən ölkələrə məxsus gəmilərin, eləcə də İsraillə əlaqəli bütün gəmilərin Hörmüz boğazından keçidinin qadağan edilməsi nəzərdə tutulur.

    İran parlamentinin Rəyasət Heyətinin üzvünün sözlərinə görə, qadağa “Müqavimət Cəbhəsi”nə qarşı həyata keçirilən aksiyalarda iştirak edən gəmilərə və yük daşımalarına da şamil olunacaq.

    Bundan əlavə, İrana zərər vurmuş ölkələrə və ayrı-ayrı şəxslərə kompensasiya ödənilənədək Hörmüz boğazı və Fars körfəzindən keçid üçün icazə verilməyəcəyi bildirilir.

    Strateji fəaliyyət planında qaydaları pozanlara qarşı ciddi maliyyə sanksiyalarının tətbiqi də nəzərdə tutulur. Belə pozuntulara görə cərimənin yükün ümumi dəyərinin 20 faizədək olması mümkündür.

    Hörmüz boğazı dünya üzrə ən mühüm enerji nəqli marşrutlarından biri hesab olunur və onun təhlükəsizliyi qlobal neft tədarükü baxımından xüsusi əhəmiyyət daşıyır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR