İran Ukraynadan vurulan zərərə görə təzminat tələb edir

İran Ukraynadan ianə məxsus gəmiyə qarşı baş verdiyi bildirilən insidentlə bağlı Kiyevdən təzminat tələb edib.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib ki, Tehran hadisə ilə bağlı Ukraynanın irəli sürdüyü izahatları qəbul etmir və dəymiş zərərin kompensasiya edilməsini tələb edir. Bu barədə **İRNA** məlumat yayıb.
Bəqai qeyd edib ki, Ukrayna tərəfinin insidentin qəsdən törədilmədiyi barədə açıqlamaları İranı qane etmir.
“Biz Ukrayna tərəfinin bu hadisənin qəsdən baş vermədiyi ilə bağlı açıqlamalarından razı deyilik”, – deyə İran XİN sözçüsü bildirib.
Onun sözlərinə görə, yüksək vəzifəli ukraynalı rəsmilərin hücum faktını etiraf etməsi Kiyevin dəymiş zərərə görə kompensasiya ödəməsini zəruri edir.
Bəqai xəbərdarlıq edib ki, əgər Ukrayna dəymiş zərəri könüllü şəkildə ödəməsə, İran kompensasiyanın təmin edilməsi üçün “müvafiq tədbirlər” görəcək.
“Əgər Ukrayna dəymiş zərəri özü kompensasiya etməsə, İran kompensasiyanın ödənilməsini təmin etmək üçün müvafiq tədbirlər görəcək”, – deyə o vurğulayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.