AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Zelenski Məhəmməd bin Salmanla Məkkə sazişini müzakirə edib

  • + A
  • - A
  • Bu gün, 20:00

    Zelenski Məhəmməd bin Salmanla Məkkə sazişini müzakirə edib

    Ukrayna Prezidenti Volodimir Zelenski Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla Türkiyə və Pakistanla olan Məkkə sazişini, həmçinin bununla bağlı perspektivləri müzakirə edib.

    Azadmedia.az xəbər verir ki, bu barədə Ukrayna lideri "X" sosial şəbəkəsində yazıb.

    Zelenski bu söhbəti məzmunlu adlandıraraq, təhlükəsizliyin möhkəmləndirilməsi üçün Ukraynanın dostları və tərəfdaşları ilə demək olar ki, hər gün əlaqə saxladığını qeyd edib.

    "Elə sahələr var ki, orada Ukrayna və Səudiyyə Ərəbistanı həyatın və insanların qorunması üzrə bir-birinin imkanlarını gücləndirə bilər", - o yazıb.

    Tərəflər Ukrayna və Səudiyyə Ərəbistanı arasında dronlarla bağlı razılaşma çərçivəsində yaxın vaxtlarda atmaq niyyətində olduqları addımları müzakirə ediblər.

    "Vəliəhd şahzadə Səudiyyə Ərəbistanının Türkiyə və Pakistanla razılaşmaları, onlarla bağlı perspektivlər barədə danışıb. Ölkələrimizin ərzaq təhlükəsizliyinin təmin edilməsinə töhfəsini artırmaq üçün mövqelərimizi və gələcək təmaslarımızı razılaşdırdıq. Bu, qlobal ehtiyacdır", - Ukrayna Prezidenti vurğulayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR