AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rəsmi Tehran: İran gələn ay Xəzəryanı ölkələrin konfransına ev sahibliyi edəcək

  • + A
  • - A
  • Bu gün, 11:58

    Rəsmi Tehran: İran gələn ay Xəzəryanı ölkələrin konfransına ev sahibliyi edəcək

    Gələn ay İranda beş Xəzəryanı ölkənin yüksək səviyyəli rəsmilərinin iştirakı ilə konfrans keçiriləcək.

    APA-nın Tehran bürosunun xəbərinə görə, bu barədə İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi bildirib.

    O deyib ki, sahilyanı ölkələrin razılığı ilə konfransın Tehranda keçirilməsi üçün şərait yaradılıb və sentyabrın 23-də beş sahilyanı ölkənin yüksək səviyyəli rəsmilərinin iştirakı ilə toplantının keçirilməsi planlaşdırılır.

    Qəribabadi vurğulayıb ki, sahilyanı ölkələrin Tehranda iştirakı ümumi maraq doğuran məsələləri müzakirə etmək, ikitərəfli və çoxtərəfli əlaqələri gücləndirmək, fikir mübadiləsi aparmaq və gələcəkdə daha konstruktiv qarşılıqlı fəaliyyət üçün zəmin yaratmaq baxımından imkan yarada bilər.

    Nazir müavini xatırladıb ki, 23 il əvvəl məhz bu gün Xəzər dənizinin beş sahilyanı ölkəsi Tehranda Xəzər dənizinin ətraf mühitinin mühafizəsi üzrə Çərçivə Konvensiyasını, digər adı ilə Tehran Konvensiyasını imzalayıb və sənədin icrasına başlanılmasından 20 il ötür.

    XİN rəhbərinin müavini qeyd edib ki, regionda son hadisələr, xüsusilə İsrail və ABŞ-ın İran İslam Respublikasına qarşı 40 günlük müharibəsi və onun nəticələri Xəzər dənizinin geosiyasi və strateji əhəmiyyətini bir daha ön plana çıxarıb.

    O əlavə edib ki, Xəzərin təhlükəsizliyi ilk növbədə regional və daxili məsuliyyətdir və bu təhlükəsizlik sahilyanı ölkələr tərəfindən, onların razılaşdırdığı mexanizmlər vasitəsilə təmin edilməli və qorunmalıdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR