AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Gürcüstanın Baş naziri: “Rusiya bizə qarşı cinayət törədib”

  • + A
  • - A
  • Bu gün, 16:29

    Gürcüstanın Baş naziri: “Rusiya bizə qarşı cinayət törədib”


    Gürcüstanın Baş naziri İrakli Kobaxidze Rusiyanı ölkə ərazisinin işğalında ittiham edib.

    Kobaxidzenin sözlərinə görə, Gürcüstan ərazilərinin işğalını həyata keçirən yeganə dövlət və tərəf Rusiya Federasiyasıdır.

    “İşğala gəlincə, burada hər şey tamamilə aydındır. Bu barədə çoxsaylı açıqlamalar verilib və məsələnin əlavə izaha ehtiyacı yoxdur. Təbii ki, Rusiya Federasiyası Gürcüstan ərazisinin 20 faizini işğal edib. Bu, Gürcüstan dövlətinə və xalqımıza qarşı cinayət olub”, – deyə baş nazir bildirib.

    O qeyd edib ki, işğaldan sonra Rusiya tərəfindən Gürcüstanın separatçı bölgələrinin “müstəqilliyinin tanınması” baş verib.

    “Bu, Gürcüstan dövlətinə və gürcü xalqına qarşı törədilmiş tamamilə açıq-aşkar cinayət idi. Bu, işğal idi və daha sonra qondarma tanınma baş verdi”, – Kobaxidze vurğulayıb.

    Gürcüstan hökumətinin mövqeyinə əsasən, ölkənin Abxaziya və Cənubi Osetiya bölgələri Gürcüstanın işğal olunmuş əraziləri hesab edilir. Rusiya isə 2008-ci il müharibəsindən sonra bu bölgələrin müstəqilliyini tanıyıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR