AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Moskvada özünü xüsusi xidmət orqanlarının əməkdaşı kimi təqdim edən şəxs 70 milyon rubl mənimsəyib

  • + A
  • - A
  • Dünən, 22:53

    Moskvada özünü xüsusi xidmət orqanlarının əməkdaşı kimi təqdim edən şəxs 70 milyon rubl mənimsəyib


    Moskvada özünü xüsusi xidmət orqanlarının əməkdaşı kimi təqdim edən şəxs 70 milyon rubl mənimsəyib – evindən qədim artefaktlar tapılıb

    Moskvada özünü xüsusi xidmət orqanlarının əməkdaşı və yüksək vəzifəli məmur kimi təqdim edən dələduz 70 milyon rubldan çox vəsaiti mənimsəyib. Onun evində isə qədim arxeoloji artefaktlar aşkarlanıb.

    Məlumata görə, Moskvanın Kuntsevo Rayon Məhkəməsi Aleksey Afanasyevi dələduzluqda təqsirli bilərək 8 il müddətinə ümumi rejimli cəzaçəkmə müəssisəsinə göndərib. O, həmçinin 2 milyon rubl məbləğində cərimələnib.
    İstintaqın məlumatına görə, Afanasyev iki tanışını yüksək vəzifəli şəxslərlə əlaqələrinin olduğuna inandıraraq onlardan ümumilikdə 70 milyon rubldan çox pul alıb.

    Onun ilk zərərçəkmiş şəxslə 2021-ci ildə tanış olduğu bildirilir. 2023-cü ilə qədər davam edən müddətdə Afanasyev həmin şəxsi investisiya layihəsinə pul yatırmağa və qızıl hasilatı ilə məşğul olan şirkətlərdən birində məsləhətçi vəzifəsi almağa kömək edəcəyinə inandırıb. Bu yolla ondan xarici valyuta da daxil olmaqla 50 milyon rubldan çox vəsait əldə edib.

    Digər zərərçəkmiş şəxsə isə iri dövlət şirkətlərindən birində əlaqələrinin olduğunu deyib. 2024-cü ilin dekabrında ondan guya mədəni sərvətlərin satın alınması üçün 20 milyon rubl istəyib. Lakin pulu aldıqdan sonra mənimsəyib.
    Axtarış zamanı Afanasyevin evindən 11 milyon rubl pul və 24 arxeoloji əşya aşkarlanıb. Onların arasında qədim bəzək əşyaları və məişət predmetləri də olub.

    Ekspertiza müəyyən edib ki, tapıntılar erkən dəmir dövrünə və eramızın ilk əsrlərinə aiddir. Artefaktların Cənubi Rusiya çölləri, Krım və Qafqaz ərazilərində yaşamış sarmat və meot tayfalarının qədim mədəniyyəti ilə bağlı olduğu müəyyənləşdirilib.
    Arxeoloji əşyalar dövlətin mülkiyyətinə keçirilib və saxlanılması üçün muzeyə təhvil verilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR