AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

NATO: Rusiya sərhədlər yaxınlığında hərbi aviasiyanın fəaliyyətini kəskin azaldıb

  • + A
  • - A
  • Bu gün, 22:24

    NATO: Rusiya sərhədlər yaxınlığında hərbi aviasiyanın fəaliyyətini kəskin azaldıb


    Rusiya hərbi təyyarələrinin NATO sərhədləri yaxınlığındakı fəaliyyəti son günlər kəskin şəkildə azalıb.

    NATO-nun məlumatına görə, iyul ayında Rusiya hərbi aviasiyasının fəaliyyəti ilə əlaqədar alyans ölkələrinin həyata keçirdiyi həyəcan siqnalları üzrə uçuşların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 250 faizdən çox artıb. Lakin bu həftə Rusiya hərbi təyyarələrinin alyans ölkələrinin hava məkanını pozması qeydə alınmayıb.
    Gərginliyin artmasına əsas səbəb Rusiya Hərbi Hava Qüvvələrinin “İl-20” kəşfiyyat və “Su-24” döyüş təyyarələrinin NATO sərhədləri yaxınlığında aktivləşməsi olub.

    Bəzi təyyarələrin əvvəlcədən uçuş planı təqdim etmədiyi və transponderlərini söndürdüyü bildirilib. Bu isə NATO ölkələrinin təyyarələri müəyyənləşdirmək və mümkün müdaxilənin qarşısını almaq üçün qırıcılarını havaya qaldırmasına səbəb olub.

    Ən gərgin vəziyyət Baltik dənizi və Rumıniya istiqamətində müşahidə edilib. Polşa və digər NATO ölkələri hava patrullarını gücləndirib. Rumıniya qırıcıları isə ölkənin hava məkanını pozan pilotsuz uçuş aparatlarına qarşı tədbirlər görüb.

    NATO Rusiyanı bu insidentlərə görə tam məsuliyyət daşımaqda ittiham edib. Bununla belə, alyans hazırda Moskvanın hərbi aviasiyasının fəaliyyətini niyə qəfil azaltdığını dəqiq izah edə bilmir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR