İsraildə siyasi böhrandan çıxış yolları: koalisiya hökuməti, ərəb partiyaları ilə əməkdaşlıq, yoxsa növbədənkənar seçkilər?

İsraildə siyasi böhrandan çıxış yolları: koalisiya hökuməti, ərəb partiyaları ilə əməkdaşlıq, yoxsa növbədənkənar seçkilər?
İsraildə keçirilən parlament seçkiləri hökuməti müstəqil şəkildə formalaşdırmağa imkan verən aydın qalib müəyyən etməyib. Baş nazir Benyamin Netanyahu müvəqqəti hökumətə rəhbərlik etməkdə davam edir. Bununla belə, Knessetdə onu hakimiyyətdən uzaqlaşdırmağa çalışan müxalif qüvvələrin çoxluğu formalaşır.
“Reuters” agentliyi ölkədə yaranmış siyasi dalandan çıxmaq üçün bir neçə mümkün ssenarini nəzərdən keçirib.
İlk variant növbədənkənar seçkilərin keçirilməsidir. Seçkilərin yekun nəticələri açıqlanandan sonra İsrail Prezidenti İsxak Hersoq partiya nümayəndələri ilə məsləhətləşmələr aparacaq və parlamentin dəstəyini qazana biləcək namizədə hökuməti formalaşdırmağı tapşıracaq. Bir neçə cəhd nəticəsiz qalarsa və bunun üçün ayrılmış müddət başa çatarsa, ölkədə yenidən seçkilərin keçirilməsi gündəmə gələcək. Hersoq siyasi qüvvələri kompromisə çağıraraq bu ssenaridən yayınmaq üçün mümkün olan hər şeyin edilməli olduğunu bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.