AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İranda dörd terrorçu qrup zərərsizləşdirilib, 19 nəfər saxlanılıb

  • + A
  • - A
  • Bu gün, 22:01

    İranda dörd terrorçu qrup zərərsizləşdirilib, 19 nəfər saxlanılıb

    İranda dörd terrorçu qrup zərərsizləşdirilib, 19 nəfər saxlanılıb
    İranın Kəşfiyyat Nazirliyi ölkənin cənub-şərqində yerləşən Sistan və Bəlucistan əyalətində dörd terrorçu qrupun zərərsizləşdirildiyini və 19 nəfərin saxlanıldığını açıqlayıb.
    Bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

    Nazirliyin məlumatına görə, saxlanılanlardan 16-sı silahlı qruplaşmaların ehtimal olunan üzvləri, üçü isə hərbi və müdafiə obyektləri haqqında məlumat toplamaqda şübhəli bilinən şəxslərdir.

    Bildirilib ki, qruplaşmalar əyalətin mərkəzi və cənub bölgələrində vətəndaşların məlumatları, əməliyyat müşahidələri və digər hüquq-mühafizə orqanları ilə əməkdaşlıq nəticəsində aşkarlanıb. Saxlanılanlardan bəzilərinin İrana xaricdən gəldiyi iddia olunur.

    İranın Kəşfiyyat Nazirliyi şübhəlilərdən bir qisminin İranşəhr rayonunda bir neçə polis əməkdaşının ölümü ilə əlaqəli olduğunu da bildirib. Saxlanılan şəxslər məhkəmə orqanlarına təhvil verilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR