AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qətər İsrail seçkilərinə müdaxilə ittihamlarını rədd edib

  • + A
  • - A
  • Bu gün, 22:05

    Qətər İsrail seçkilərinə müdaxilə ittihamlarını rədd edib


    Qətər İsrail seçkilərinə müdaxilə ittihamlarını rədd edib

    Qətər İsraildə keçirilən parlament seçkilərinə müdaxilə etmək və səsvermənin nəticələrinə təsir göstərmək məqsədilə maliyyə vəsaiti ayırmaq barədə ittihamları qəti şəkildə rədd edib. Doha İsrail siyasətçilərini öz siyasi uğursuzluqlarına görə Qətəri “günah keçisi”nə çevirməməyə çağırıb.

    Bu barədə Qətər Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari bildirib.

    Onun sözlərinə görə, bəzi israilli siyasətçilər və onlarla əlaqəli media nümayəndələri seçkilərdən sonra Qətəri ölkənin daxili siyasi mübahisələrinə cəlb etmək məqsədilə yeni dezinformasiya kampaniyasına başlayıblar.

    Əl-Ənsari sosial şəbəkə X-dəki paylaşımında bildirib ki, Qətər əvvəlcə Benyamin Netanyahuya, sonra İsrailin solçu qüvvələrinə, indi isə ərəb seçicilərə rüşvət verməkdə ittiham olunur. O, bu iddiaları istehza ilə tənqid edərək, deyilənlərə inanılarsa, Qətərin guya bütün İsrailə sahib olduğunu qeyd edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR