Ermənistan Prezidentinin səhhətinin pisləşdiyi iddia olunur

Ermənistan Prezidenti Vaaqn Xaçaturyanın səhhətinin son həftələrdə əhəmiyyətli dərəcədə pisləşdiyi bildirilir.
Bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, Xaçaturyan oktyabrın 27-də planlaşdırılan tədbirlərdə iştirak etməyib. O, İrəvanda keçirilən COP-17 iqlim sammiti çərçivəsində təşkil olunan bir sıra tədbirlərdə də görünməyib.
Qəzetin yazdığına görə, Ermənistan Prezidenti İspaniya və Səudiyyə Ərəbistanından olan yüksək səviyyəli qonaqların qarşılanma mərasimində də iştirak etməyib.
“Hraparak”ın iddiasına əsasən, Xaçaturyanın uzun müddətdir səhhətində problemlər var və son vaxtlar onun görünüşündə nəzərəçarpan dəyişikliklər müşahidə olunur.
Qeyd edək ki, bir müddət əvvəl Ermənistan mediasında Vaaqn Xaçaturyanın onkoloji xəstəlikdən əziyyət çəkdiyi və əməliyyat olunduğu barədə məlumatlar yayılmışdı. Bu məlumatlar rəsmi şəkildə təsdiqlənməyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.