AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İranın ali liderinin müşaviri TRIPP layihəsinin işə salınmasına sərt reaksiya verib

  • + A
  • - A
  • Dünən, 21:00

    İranın ali liderinin müşaviri TRIPP layihəsinin işə salınmasına sərt reaksiya verib


    İranın ali liderinin müşaviri Məhəmməd Möhbər Ermənistan və ABŞ arasında TRIPP layihəsinin işə salınması ilə bağlı razılaşmaya münasibət bildirib.

    Möhbər sosial şəbəkə hesabında paylaşım edərək qeyd edib ki, “saxta marşrutlar” heç vaxt “real dəhlizləri” əvəz edə bilməz.

    “İstər İranın cənubunda, istərsə də şimalında, istər Hörmüz boğazından keçən cənub marşrutu, istərsə də TRIPP (Zəngəzur) olsun. İranın regiondakı geosiyasi maraqları bizim qırmızı xəttimizdir və onların yan keçilməsinə imkan verməyəcəyik. Hörmüz boğazının nümunəsindən dərs alın”, – deyə o vurğulayıb.

    Qeyd edək ki, Ermənistan və ABŞ TRIPP (Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu) layihəsinin işə salındığını elan ediblər. Layihə regionda nəqliyyat və kommunikasiya əlaqələrinin inkişafını nəzərdə tutur.

    Möhbərin açıqlaması Tehranın layihəyə və onun regionun geosiyasi vəziyyətinə mümkün təsirlərinə dair narahatlığını bir daha gündəmə gətirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR