AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Zelenski Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı təklifləri yenidən tənqid edib

  • + A
  • - A
  • Dünən, 19:00

    Zelenski Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı təklifləri yenidən tənqid edib


    Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin NATO-ya tamhüquqlu üzvlüyünün təhlükəsizlik zəmanətləri ilə bağlı alternativ təkliflərdən daha effektiv olacağını bildirib.

    Zelenski bu barədə Berlində keçirilən NATO Parlament Assambleyasının iştirakçıları qarşısında çıxışı zamanı danışıb.

    Ukrayna liderinin sözlərinə görə, ölkəsinə NATO-nun yaradılması haqqında müqavilənin 5-ci maddəsinə bənzər təhlükəsizlik zəmanətlərinin verilməsi müzakirə olunursa, Ukraynanın birbaşa alyansa qəbul edilməsi məsələsi də gündəmə gətirilməlidir.

    “Əgər Ukrayna üçün etibarlı təhlükəsizlik zəmanətlərinin müharibədən sonrakı dinc həyatın əsas şərtlərindən biri olduğu və bu zəmanətlərin 5-ci maddəyə bənzədiyi artıq normal şəkildə səsləndirilirsə, onda çoxlarının düşündüyü bir fikri niyə açıq deməyək: Ukraynanı NATO-ya qəbul etmək daha effektiv olmazdımı? Təhlükəsizliyin qorunmasından söhbət gedirsə, bu, hamımız üçün daha yaxşı, daha ucuz və daha etibarlı olmazdımı?” – deyə Zelenski vurğulayıb.

    Prezident qeyd edib ki, NATO-nun 5-ci maddəsinə bənzər təhlükəsizlik zəmanətləri ilə bağlı bir sıra mühüm suallar hələ də cavabsızdır.

    Onun sözlərinə görə, ilk növbədə Rusiyanın Ukraynaya yenidən hücum edəcəyi təqdirdə hansı ölkələrin Kiyevə dəstək verəcəyi, müttəfiqlərin konkret hansı addımları atacağı və Ukrayna ərazisində əvvəlcədən hansı hərbi qüvvələrin yerləşdiriləcəyi aydınlaşdırılmalıdır.

    “Bütün bunların nə qədər başa gələcəyi və həqiqətən işləyib-işləməyəcəyi də məlum deyil. Bu, asan məsələ deyil. Belə ideyalara hörmətlə yanaşsaq da, indiyədək konkret və aydın cavablar eşitməmişik”, – deyə Zelenski əlavə edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR