Ukraynada Makarov qəsəbəsindən gələn qaçqınların olduğu avtobus Rusiya ordusu tərəfindən atəşə tutulub.
Bunu Jitomir şəhərinin meri Serey Suxomlin bildirib.
Onun sözərinə görə, insanlar atəş altında 4 kilometr piyada gediblər.
“Jitomirdə onlar sadəcə su almaq və digər ehtiyacları üçün kafedə dayanıblar. Onların mindiyi nəqliyyat vasitəsinin şüşələri sındırılıb. Kafedə onlara yemək verilib, su verilib”.
Mer əlavə edib ki, yerli sakinlər digər avtobuslarla yola salınıb.
Qeyd edək ki, Makarov qəsəbəsində yerləşən “Makarovski xlebozavod” dövlət müəssisəsinə Rusiya ordusu tərəfindən aviazərbələr endirilib.Aviazərbələr nəticəsində 13 ukraynalı dünyasını dəyişib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.