AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ərdoğan Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsinə “Togg” markalı avtomobil bağışlayıb

  • + A
  • - A
  • 18-07-2023, 11:03

    Ərdoğan Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsinə “Togg” markalı avtomobil bağışlayıb

    Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmana “Togg” markalı avtomobil hədiyyə edib.

    Səudiyyə Ərəbistanında səfərdə olan Türkiyə lideri bu ölkənin rəhbərliyi ilə birbaşa investisiyalar, müdafiə sənayesi, enerji, müdafiə və rabitə sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib.

    Türkiyə mətbuarının yaydığı xəbərə görə Ərdoğan Əl-Salam sarayında Məhəmməd bin Salmanla təkbətək və geniş tərkibdə görüşüb.

    Danışıqlardan sonra Türkiyə prezidenti Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsinə ağ rəngli “Togg” markalı avtomobil hədiyyə edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR