AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Pezeşkian: “İstehsalın dayanmaması üçün öz otağımın da elektrikini kəsərəm”

  • + A
  • - A
  • Bu gün, 09:35

    Pezeşkian: “İstehsalın dayanmaması üçün öz otağımın da elektrikini kəsərəm”

    İran Prezidenti Məsud Pezeşkian sənaye və istehsal müəssisələrinin fasiləsiz fəaliyyətinin təmin edilməsinin prioritet olduğunu bildirib.

    O, bu barədə Tehranda iştirak etdiyi tədbirdə çıxış edərkən danışıb.

    Prezident qeyd edib ki, ölkədə istehsalın zəifləməsinə və ya dayanmasına heç bir halda yol verilməməlidir. Onun sözlərinə görə, istehsal prosesinin davamlılığını təmin etmək üçün lazım gələrsə, öz iş otağında elektrik enerjisinin verilməsini dayandırmağa və istilik sistemini minimuma endirməyə hazırdır.

    Pezeşkian müəssisələrin su, qaz və elektrik enerjisi ilə təchizatında fasilələrin yaranmaması üçün bütün imkanların səfərbər ediləcəyini vurğulayıb.

    Qeyd edək ki, son dövrlərdə İranda elektrik enerjisinin verilməsində yaranan fasilələrin əsas səbəblərindən biri istilik elektrik stansiyalarının yanacaqla təminatında problemlərin olmasıdır. Ölkənin elektrik enerjisi istehsalının 86 faizindən çoxunu təmin edən bu stansiyalarda təbii qaz təchizatının azalması və maye yanacaq ehtiyatlarının tükənməsi istehsala mənfi təsir göstərir.

    Soyuq havaların başlaması ilə yaşayış evlərində qaz istehlakının artması da elektrik stansiyalarının yanacaq təminatını çətinləşdirir. Tehranda hər iki gündən bir təxminən iki saatlıq elektrik kəsintilərinin tətbiq olunduğu bildirilir. Enerji infrastrukturunun köhnəlməsi və müharibə şəraitində ötürücü xətlərə dəyən ziyan da mövcud vəziyyəti ağırlaşdırır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR