AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Novxanıdakı villa ilə bağlı işdə daha iki nəfərin adı çəkilir

  • + A
  • - A
  • Bu gün, 09:09

    Novxanıdakı villa ilə bağlı işdə daha iki nəfərin adı çəkilir

    Novxanı qəsəbəsində yerləşən “milyonluq villa”nın sahibi Bəxtiyar Dalinin həbsi ilə bağlı yeni təfərrüatlar məlum olub.

    Hadisə ilə bağlı xəbərin yayılmasından sonra zərərçəkmiş qadın və baş verənlər barədə müxtəlif iddialar səsləndirilib.

    Zərərçəkmiş qadının vəkili Vüqar Əliyev vasitəsilə redaksiyaya açıqlama göndərib.

    Vəkilin sözlərinə görə, cinayət hadisəsində Bəxtiyar Dali ilə yanaşı, daha iki nəfər iştirak edib.

    O bildirib ki, üç nəfər bağ evində qadına qarşı zorakılıq törətməyə cəhd edib. Qadın onların əlindən qaçaraq polisə müraciət edib.

    Vəkilin sözlərinə görə, istintaq çərçivəsində Bəxtiyar Dali həbs edilib, digər şəxslərdən biri ölkədən qaçdığı üçün axtarışa verilib. Üçüncü şəxslə bağlı araşdırmalar isə davam edir.

    Vüqar Əliyev hadisənin restoranda baş verməsi və zərərçəkmiş şəxsin müğənni olması ilə bağlı yayılan məlumatları təkzib edib.

    O, ictimaiyyəti zərərçəkmiş şəxsin kimliyi və fəaliyyəti barədə əsassız iddialar yaymamağa çağırıb.

    Vəkil əlavə edib ki, hazırda ibtidai istintaq davam edir və prokurorluq hadisəni hərtərəfli araşdırır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR