AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Mask X şəbəkəsi istifadəçilərinə nida işarəsi ilə reaksiya verib - SƏBƏB

  • + A
  • - A
  • 17-10-2023, 06:44

    Mask X şəbəkəsi istifadəçilərinə nida işarəsi ilə reaksiya verib - SƏBƏB


    Amerikalı sahibkar, multimilyarder İlon Mask X sosial şəbəkəsindəki səhifəsində ABŞ-ın maliyyə naziri Canet Yellenin Amerikanın eyni vaxtda iki silahlı münaqişənin iştirakçılarına yardım göstərə biləcəyi barədə bəyanatına son dərəcə qısa reaksiya verib.

    Britaniyanın Sky News xəbər kanalına danışan Yellen, ABŞ-ın Rusiyaya qarşı mübarizəsində Ukraynaya dəstək verərkən, İsraili dəstəkləmək və onun hərbi ehtiyaclarını təmin edə biləcəyini deyib.

    ABŞ Xəzinədarlığının rəhbərinin bəyanatı X sosial şəbəkə istifadəçilərinin reaksiyasına səbəb olub. İstifadəçilərdən biri qeyd edib ki, Amerikanın dövlət borcunun yaranma səbəbləri ilə bağlı sual verən ABŞ sakinləri Vaşinqtonun xarici problemlərinə diqqət yetirməlidirlər.

    Musk bu istifadəçinin yazısının altına nida işarəsi qoyub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR