AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rusiya nömrə nişanları ilə Belarusa gedən moldovalı Litvada həbs edilib

  • + A
  • - A
  • 12-03-2024, 17:16

    Rusiya nömrə nişanları ilə Belarusa gedən moldovalı Litvada həbs edilib

    Martın 11-də Rusiya dövlət nömrə nişanlı avtomobillərə qadağa və müsadirə tətbiq edildikdən sonra Litva gömrükçüləri Rusiya nömrəli ilk avtomobili saxlayıblar. TASS bu barədə Litva Gömrük Departamentinə istinadən xəbər verir.

    "Medininkay kəndindəki keçid məntəqəsində sürücüsü Moldova vətəndaşı Belarusa getmək niyyətində olan Rusiya nömrəli avtomobil saxlanılıb", - yerli gömrük idarəsindən bildiriblər.

    Sürücü yeni qaydaların tətbiqindən xəbərsiz olduğunu bildirib. Eyni zamanda, avtomobilin qeydiyyatda olduğu şəxs saxlanılan zaman avtomobildə olmayıb. Litva gömrükçüləri protokol tərtib edərək saxlanılan avtomobili 41,7 min avro dəyərində qiymətləndiriblər.İndi isə gömrükdə böyük ehtimalla avtomobil müsadirə olunacaq.

    Bundan əvvəl Litvada Rusiya dövlət qeydiyyat nömrəli avtomobillərdən istifadəyə qadağa qüvvəyə minib.

    Bu avtomobillər, əgər Litvanı tərk etməmişlərsə, müsadirə edilir və onların sahibləri 200 avrodan 6000 avroya qədər cərimə ilə cəzalandırılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR