Türkiyə polisi İŞİD terror qruplaşması ilə əlaqədə şübhəli bilinən 45 nəfəri saxlayıb.
Azadmedia.az xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Əli Yerliqaya deyib.
Belə ki, “İŞİD-ə qarşı keçirilən əməliyyat nəticəsində 16 əyalətdə 45 şübhəli saxlanılıb. Axtarışlar çərçivəsində xeyli miqdarda valyuta və rəqəmsal materiallar müsadirə edilib”, - deyə o bildirib.
Qeyd edək ki, sözügedən əməliyyat İstanbul, Antalya, Ankara və digər şəhərlərdə həyata keçirilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.