AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Filarmoniyadakı əməliyyatla bağlı rəsmi açıqlama - Həbs edilən var

  • + A
  • - A
  • 9-07-2024, 10:32

    Filarmoniyadakı əməliyyatla bağlı rəsmi açıqlama - Həbs edilən var

    “Məlum olduğu kimi, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında əməliyyat keçirilib”.

    Bu barədə Mədəniyyət Nazirliyinin məlumatında bildirilib.

    “Aparılmış istintaq tədbirləri nəticəsində etibar edilmiş külli miqdarda özgə əmlakını talama, vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi, külli miqdarda rüşvət alma və vəzifəli şəxs tərəfindən tamah və sair niyyətlə rəsmi sənədlərə bilə-bilə yalan məlumatların daxil edilməsi kimi cinayətlərin əlamətlərini əks etdirən kifayət qədər dəlillərin olması nəzərə alınaraq fakt üzrə Azərbaycan Respublikası CM-in 179.3.2, 308.1, 311.3.3 və 313-cü maddələri ilə cinayət işi başlanılıb.

    Cinayət işinin istintaqı zamanı Azərbaycan Dövlət Akademik Filarmoniyasının əməkdaşı Rəşad Məmmədov barəsində məhkəmənin qərarı ilə 5 iyul tarixində həbs qətimkan tədbiri seçilib. İş üzrə istintaq tədbirləri davam etdirilir", - məlumatda qeyd olunub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR