Ötən gecə, son 12 gün ərzində ilk dəfə olaraq, Günəşdə maksimum səviyyədə - X1.5 gücündə partlayış baş verib.
Azadmedia.az Oxu.az-a istinadla xəbər verir ki, bu barədə xarici KİV xəbər yayıb.
Belə ki, iyul güclü maqnit fırtınası ilə başa çatacaq.
Həmçinin "İyulun 29-na keçən gecə baş verən partlayış bu ilin ən güclü 20 partlayışı sırasına daxil olub", - deyə məlumatda qeyd olunub.
Mütəxəssislərin sözlərinə görə, partlayışlar səbəbindən artıq bu gecə Yerdə G1 sinifli zəif maqnit qasırğası başlaya bilər.
"Qasırğa çərşənbə axşamı ərzində davam edəcək və günün ikinci yarısında G3 səviyyəsinə (güclü) çatacaq", - deyə məlumatda qeyd olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.