Şirvanda ana və 5 yaşlı qızı binadan yıxılaraq ölüb.
Hadisə şəhərin Energetik küçəsi 3 ünvanındakı beşmərtəbəli binada baş verib.
Səhər saatlarında həmin binanın qarşısından A.Kərimova və 5 yaşlı qızının meyiti tapılıb.
İlkin məlumata görə, ana və qızı binadan yıxılaraq vəfat ediblər. Belə ki, onların 5-ci mərtəbədəki evə qonaq gəldikləri və oradan yıxıldıqları ehtimal edilir.
Onların meyitləri morqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.