ABŞ və Böyük Britaniya Yəmənin Hüdeyda əyalətinə yeni hücuma keçib.
Azadmedia.az xəbər verir ki, bu barədə xarici telekanal məlumat yayıb.
Belə ki, Yəmən sahillərində Qırmızı dənizdə yerləşən Kamaran adası hədəf alınıb. Hücumun nəticələri barədə məlumat verilmir.
Qeyd edək ki, sözügedən vilayətə Ənsarullah hərəkatı nəzarət edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.