İranın Gilan əyalətinin Rəşt şəhərində Yasəmən Rəhməti adlı musiqiçi güllələnərək öldürülüb.
Azadmedia.az xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.
Məlumata görə, sentyabrın 4-də Rəhməti və onunla birlikdə olan nişanlısı şəhərin Pirbazar bölgəsində güllələniblər.
Belə ki, şübhəlilər hadisə yerindən qaçıb. Onların saxlanılması üçün tədbirlər görüldüyü bildirilib.
Rəhməti həm də Tehran Universitetinin musiqi müəllimidir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.