İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir Təl-Əviv çimərliklərindən birində hücuma məruz qalıb.
Azadmedia.az xəbər verir ki, bu barədə İsrail polisinin mətbuat xidməti Teleqram kanalında məlumat yayıb.
Belə ki, hüquq-mühafizə orqanlarının məlumatına görə, 27 yaşlı qadın ailəsi ilə birlikdə çimərlikdə olan nazirə yaxınlaşaraq ona qum atıb.
Qeyd edək ki, hadisədən sonra şübhəli şəxs dənizdə gizlənməyə çalışsa da, polis onu saxlayıb.
Qadını Təl-Əvivin mərkəzindəki bölməyə aparan polis əməkdaşları məsuliyyətə cəlb etmək niyyətindədir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.