Ötən gecə İsrail Hərbi Hava Qüvvələri Suriyanın bir sıra əyalətlərində hərbi obyektlərə hava zərbələri endirib.
Azadmedia.az xəbər verir ki, bu barədə Suriyanın SANA xəbər agentliyi məlumat yayıb.
Belə ki, hücum əsasən Vadi əl-Uyun, Misyaf və Səlamiyyədəki hərbi-sənaye müəssisələrinə və silah anbarlarına edilib. Eyni zamanda, Suriya ordusunun tərəfində döyüşən şiə birləşmələrinin yerləşdiyi Tartus bölgəsində hərbi texnika və pilotsuz təyyarələrin olduğu karvana da hücum edilib.
Qeyd olunur ki, İsrail qüvvələrinin Suriyanın Misyaf bölgəsindəki hədəflərə endirdiyi aviazərbələr nəticəsində 14 nəfər ölüb, ən azı 43 nəfər yaralanıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.