Livanda dünən baş vermiş növbəti partlayışlarda ölənlərin sayı 20-yə çatıb.
Azadmedia.az xəbər verir ki, Livan rəsmi qurumları məlumat yayıb.
Belə ki, partlayışlar nəticəsində 450 nəfərə yaxın yaralanıb.
***
Sentyabrın 18-də Livanda baş verən partlayışlar zamanı ölənlərin sayı 25 nəfərə çatıb.
Bu barədə "Əl-Cəzirə" telekanalı Livanın səhiyyə naziri Firas Abyada istinadən məlumat yayıb.
Qeyd edək ki, dünən Livanın bir neçə rayonunda Hizbullah üzvlərinə məxsus cihazlar, evlər və avtomobillərdə növbəti partlayış dalğaları baş vermişdi.
17 sentyabrda peycerlərin kütləvi partlayışında isə 12 nəfər ölmüş, 4 min insan yaralanmışdı.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.